Dövlət büdcəsi ilə maliyyələşən televiziya kanallarında yayımlanan dublyaj filmlərində monitorinqlər aparılıb. Bu barədə mayın 12-də Report Dövlət Dil yanında Monitorinq Mərkəzinin nümayəndəsi Günel Hacıyevaya istinadən məlumat verib.
Monitorinqlər AzTV, İTV, İdman TV, Space TV, ATV, Xəzər TV, ARB, ARB 24 və ARB Günəş-də yayımlanan dublyaj filmlərini əhatə edib.
Nəticədə 72 orfoepik, 7 orfoqrafik, 70 leksik, 27 qrammatik və 126 üslub və ifadə səhvi olan faktlar hesabata daxil edilib.
Həmçinin qeyd olunub ki, ölkədə cizgi filmlərinin, bədii və sənədli filmlərin yerli istehsalı yetərincə olmadığına görə əcnəbi filmlərin yayımına böyük tələbat yaranıb.