Fransa millisinin sabiq futbolçusu Jüst Fonten dünyasını dəyişib. Bu barədə Report 1 mart tarixində xəbər verib.
Keçmiş hücumçu 89 yaşında vəfat edib.
Jüst Fonten bir dünya çempionatında ən çox qol vuran oyunçudur. O, 1958-ci ildə baş tutmuş mundialda 13 dəfə fərqlənməyə müvəffəq olub.
Həmin turnirdə Fransa seçməsi bürünc medal qazanmışdı.