Dünyanın ən bahalı qapıçıları müəyyənləşiblər. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 19 iyul tarixində xəbər verir.
Gürcüstan millisinin üzvü Georgi Mamardaşvili və Portuqaliya yığmasının qolkiperi Dioqu Koşta AVRO-2024-dən sonra dünyanın ən bahalı qapıçıları olublar.
23 yaşlı gürcüstanlı qapıçı siyahıda birinci, Portuqaliya yığmasının 24 yaşlı üzvü isə ikinci pillədə yer alıb. Hər iki qapıçının qiyməti 45 milyon avro olaraq dəyərləndirilib. 3 və 4-cü yerlərdə müvafiq olaraq, Fransanın PSJ klubundan Canluici Donnarumma, Almaniya təmsilçisi "Borussiya"dan (Dortmund) Qreqor Kobel yer alıblar. Bu qapıçıların qiyməti isə 40 milyon avro olaraq dəyərləndirilib.
Qeyd edək ki, Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 finalında Gürcüstan millisi İspaniyaya 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Ümumilikdə AVRO-2024-də Gürcüstan komandasının keçirdiyi 4 oyunun hamısında iş başında olan G.Mamardaşvili 29 seyvlə yadda qalıb ki, bu da yarışın rekordu olub.