Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 12 iyun tarixində xəbər verir.
İdarədən bildirilib ki, hazırda Muğanlı-İsmayıllı avtomobil yolunda əsaslı tikinti işləri aparılır:
"Bununla əlaqədar yolun inşaat işləri aparılan hissələrinin daralması nəticəsində avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.
Baş Dövlət Yol Polisi İdarəsi mövsümlə əlaqədar sözügedən avtomobil yolunda hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artmasını da nəzərə alaraq, sürücülərdən alternativ yollardan istifadə etməyi, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, tikinti işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, müvəqqəti nizamlama vasitələrinin tələblərinə ciddi əməl etməyi xahiş edir".