Qobustanda ağır yol qəzasında yaralanan qadının ölüm xəbəri təsdiqini tapmayıb.
Bu barədə 23 may tarixində Report Baş Dövlət Yol Polisi İdarəsinə istinadən məlumat verib.
Bildirilib ki, ötən gün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə edilən 1972-ci il təvəllüdlü Nuriyeva Şölə Xası qızının müalicəsi davam etdirilir.