“Uşaq bağçalarında valideynlərdən pul tələb edilməsi halları olarsa, aidiyyəti üzrə müraciət edilməsi xahiş olunur. Çünki bu kimi faktlarla qarşılaşdıqda ona dərhal reaksiya veririk”. Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
Bu barədə Report 13 aprel tarixində məlumat verib.
O bildirib ki, bu kimi hallarla bağlı nazirliyə müraciətlər olur və məsələ operativ şəkildə araşdırılır.