"Embawood” MMC-yə cərimə protokolu yazılıb. Bu haqda 3 may tarixində Report xəbər verib.
Mebel şirkəti epidemiya əleyhinə rejimin tələblərini pozduğuna görə cərimələnib. İmzalanan protokol Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Bu qanun pozuntusuna görə, fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər isə 1200 manat məbləğində cərimə edilir.