Ermənistanda polislə əcnəbi vətəndaş arasında silahlı atışma olub. Bu barədə İnsanoid Ermənistan mətbuatına istinadən bu gün, 20 iyul tarixində xəbər verir.
Ötən gecə saat 01:00 radələrində 45-50 yaşlarında əcnəbi Kotayk əyalətində polis bölməsinə aparılıb. Əməkdaşlardan birinin silahını ələ keçirən əcnəbi polisə atəş açıb.
Baş verən atışmada iki polis əməkdaşı və hücum edən şəxs yaralanıblar.
Faktla bağlı daxili araşdırma başlayıb.