Bayramla əlaqədar qeyri-iş günləri ərzində 7-si azyaşlı olmaqla 19 nəfər xilas edilib. Bu haqda mayın 4-də Fövqəladə Hallar Nazirliyi xəbər paylaşıb.
Bayram günlərində 109 yanğına çıxış olub. Nəticədə 5 nəfər təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənib, 1 nəfərin isə cəsədi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin 17 köməksiz vəziyyətdə qalma və 2 yol qəzası faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib.
Ramazan bayramı ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində çalışıb.