FHN ötən sutka ərzində köməksiz qalan 7 nəfəri xilas edib. Bu barədə İnsanoid FHN-in Mətbuat Xidmətinə istinadən bu gün, 19 aprel tarixində xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 1-i azyaşlı olmaqla 9 nəfər xilas edilib.