Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Adanaya çatıb. Bu barədə 8 fevral tarixində Report məlumat verib.
Qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir. Heyət üzvlərinin Kahramanmaraşda fəaliyyət göstərmələri planlaşdırılır.