Ötən sutka ölkə ərazisində 29 yanğına çıxış olub. Bu barədə 9 mart tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib.
O cümlədən avtoqəzalar nəticəsində avtomobillərdə sıxılmış vəziyyətdə qalan 3 nəfər xilas edilib.