Ötən sutka ərzində 33 yanğına çıxış olub. Bu barədə 18 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib.
Həmçinin Nazirliyin dalğıc-axtarış qrupu tərəfindən Baş Mil-Muğan kollektorunda batması ehtimal edilən Ağayev Sahil Təbriz oğlunun axtarışları davam etdirilir.