Ötən sutka ərzində 21 yanğına çıxış olub. Bu barədə 20 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər xilas edilib.
Nazirliyin dalğıc-axtarış qrupu tərəfindən Baş Mil-Muğan kollektorunda batan Ağayev Sahil Təbriz oğlunun meyiti aşkar edilərək kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.