Ötən sutka ərzində 23 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə 11 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib.
Nəsimi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində 1 nəfər xəsarət alıb.