Ötən sutka ərzində 40 yanğına çıxış olub. Bu barədə 16 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 7 nəfər, o cümlədən qeyri-çimərlik ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib.
Həmçinin Yuxarı Zeyxur kanalının Qusar rayonunun Gündüzqala kəndi ərazisindən keçən hissəsindən 1 nəfərin meyiti çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib. Yanğın zamanı 52 nəfər təxliyə olunub.