Ötən sutka ərzində 55 yanğına çıxış olub, 5-i azyaşlı olmaqla 14 nəfər xilas edilib. Bu barədə 14 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
O cümlədən Masallı rayonu ərazisinin Ələt-Astara avtomobil yolunun 132-ci kilometrliyində “Kamaz” markalı yük avtomobili ilə “DAF” markalı tranzit yük avtomobilinin toqquşması nəticəsində yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.