Ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər xilas olunub. Bu barədə 28 apreldə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
33 yanğına çıxış və 6 köməksiz vəziyyətdə qalma faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib.
Eyni zamanda, ötən sutkada FHN əməkdaşları tərəfindən liftdə köməksiz vəziyyətdə qalmış 6 nəfər çıxarılıb.
Ağsu şəhərində dərinliyi 2 metr olan kanala düşən iribuynuzlu heyvan oradan çıxarılaraq sahibinə təhvil verilib.