Ötən sutka ərzində 28 yanğına çıxış olub. Bu barədə 29 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 8 nəfər xilas edilib.