Ötən sutka ərzində 17 yanğına çıxış olub.
Bu barədə 6 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfər xilas edilib, həmçinin 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar olunaraq təhvil verilib.