Ramazan bayramı ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə aprelin 30-da Nazirlikdən məlumat verilib.
Qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirliyin aidiyyəti qurumlarına tapşırıqlar verilib.
Bundan öncə “Azərpoçt” MMC Ramazan bayramında növbəli iş rejimində fəaliyyət göstərəcəyini bildirib.