Göyçayda polis əməkdaşına qarşı zor tətbiq edilib. Bu barədə aprelin 28-də Report-a rayon prokurorluğundan məlumat verilib.
Bığır kənd sakini Nursoltan Məmmədov Rayon İcra Hakimiyyətinə gələrək mübahisə yaradıb. Bu zaman polis sahə rəisi Şahin Xalidov onu sakitləşdirməyə çalışıb. Buna baxmayaraq, N. Məmmədov binanın divarına bərkidilmiş lövhəni sındıraraq həmin lövhənin bir hissəsi ilə polisi vurub. Polis əməkdaşı sol qulaq seyvanının səthi kəsilmiş yarası ilə xəsarət alıb.
Faktla bağlı Göyçay rayon prokurorluğunda cinayət işi başlanılıb. Nursoltan Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.