Göyçayda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 29 aprel tarixində xəbər verir.
Dünən saat 22:00 radələrində Göyçay şəhəri ərazisində sürücü Elvin Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 64 yaşlı Rövşən Musayevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.