Göyçayda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə Report 16 may tarixində xəbər verib.
Bu gün saat 14:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində "VAZ-2106" və "BMW" markalı minik avtomobilləri hərəkətdə olan zaman toqquşub.
Qəza nəticədə 5 nəfər yaralanıb.
Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
[caption id="attachment_116093" align="alignnone" width="696"]
Foto Report.az saytı[/caption]