Göyçayda sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 12 may tarixində xəbər verir.
Rayon sakini Emil Məlikov idarə etdiyi “VAZ-2170” ( Priora) markalı avtomobillə yol hərəkəti qaydalarını kobud və davamlı şəkildə pozaraq avtoxuliqanlıq edib, digər hərəkət iştirakçıları üçün də təhlükə yaradıb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, tərtib olunmuş protokol baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Məhkəmənin də qərarı ilə Emil Məlikovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 20 sutka inzibati həbs olunub.
[caption id="attachment_115742" align="alignnone" width="696"]
Foto DİN[/caption]