Göyçay rayonunda bələdiyyə sədrləri cərimələniblər. Bu barədə 10 iyun tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verilib.
Bildirilib ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 8-də Göyçay rayonu ərazisində keçirdikləri tədbirlər zamanı Qarabaqqal, Şəhadət, Ərəbcəbirli, Çərəkə və Yeniarx kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
“Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi” maddəsinin tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
[gallery link="file" size="full" ids="118630,118632,118631"]