Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA 30 mart tarixində xəbər verib.
“BMW” markalı maşının aşması nəticəsində rayon sakini, 22 yaşlı Səma Cabbarova və digər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Səma Cabbarovanın vəziyyəti ağır qiymətləndirilir.
Digər şəxsə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.