Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. Bu barədə mayın 4-də Daxili İşlər Nazirliyindən Report-a bildirilib.
Rayon sakini Emil Usubovun sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobil yol polisi tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb. Həmin şəxsin marixuana istifadə edib sükan arxasına əyləşdiyi məlum olub.
E.Usubov barəsində toplanan materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, inzibati qaydada 10 sutka həbs edilib.