Göyçayda qanunsuz fəaliyyət göstərən taxta emalı sexləri aşkar edilib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 19 aprel tarixində xəbər verir.
Yoxlamalar zamanı Elnur Beydullayevə məxsus Kürdəmiş kəndində yerləşən taxta emalı sexinə baxış keçirilərkən oradan 4 ədəd dəzgah, 1177 ədəd taxta yeşik, qoz və qovaq ağaclarının gövdələri aşkarlanıb.
Davam etdirilən tədbirlərlə rayonun Cəyirli kəndində də qanunsuz olaraq fəaliyyət göstərən daha 2 taxta emal edən sex müəyyən edilib. Belə ki, Əli Mahmudovun işlətdiyi sexdən 2 ədəd dəzgah, 1200 ədəd taxta yeşik, qovaq ağacının hissələri, Alim Əhmədova məxsus sexdən isə iki elektrik mişarı, qovaq, fıstıq və qoz ağaclarından hazırlanmış taxta yeşiklər aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
[caption id="attachment_113117" align="alignnone" width="696"]
Foto DİN[/caption]