Göyçay rayonunda tövlə heyvanlarla birgə yanıb. Bu barədə APA 27 fevral tarixində məlumat verib.
Bu gün səhər saatlarında rayonun Şahsoltanlı kənd sakini Kərimov Laçın Məzlum oğluna məxsus ümumi sahəsi 96 kvadratmetr olan mal-qara tövləsində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı tövlə ilə yanaşı, içəridəki inəklər, qoyun, xeyli sayda ev quşu, xeyli ot yanıb.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.