Göygöldə bıçaqlanma hadisəsi baş verib. Bu barədə 25 mart tarixində APA məlumat verib.
Hadisə rayonun Quşçu kəndində qeydə alınıb.
1968-ci il təvəllüdlü Səftər Məmmədov döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
55 yaşlı kişi dərhal əməliyyat edilib, vəzyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, S.Məmmədov tanışı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.