Göygöl rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə 14 iyun tarixində Report məlumat verib.
Göygöl şəhəri ərazisində yolu qarşı tərəfə keçmək istəyən 7 yaşlı T.Vəlizadəni avtomobil vurub. O, müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.