Göygöldə mikroavtobusun minik avtomobili ilə toqquşması xəsarətlə nəticələnib. Bu barədə Report 11 aprel tarixində xəbər verib.
Qəza nəticəsində 27 yaşlı Seymur Mirzəyev, 21 yaşlı Mirhüseyn Əliyev və 61 yaşlı Kəmalə Vəliyeva xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər. Həkimlər qadının vəziyyətini normal, digərlərinin durumunu isə kafi və orta ağır kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.