Göygöldə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə 24 fevral tarixində Report.az məlumat verib.
Hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. “Opel” və “VAZ” markalı avtomobillər toqquşub. Qəza zamanı xəsarət alan 6 nəfər xəstəxanaya çatdırılıb.
Yaralıların şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.