Dünən, mayın 5-də Rumıniyanın paytaxtı Buxarest şəhərində şahmat üzrə Grand Chess Tour turnirinin ilk mərhələsinin (Superbet Chess Classic Romania) 1-ci turunun oyunları keçirilib.
Şəhriyar Məmmədyarov ilk turda Uesli Soya məğlub olub. Qara fiqurlarla oynayan şahmatçımız 52-ci gedişdə rəqibinə təslim olub. Digər qarşılaşmalarda heç-heçələr qeydə alınıb.
Bu gün Şəhriyar macarıstanlı şahmatçı Rixard Rapporta qarşı oynayacaq.
Superbet Chess Classic Romania turniri mayın 14-dək davam edəcək. Turnirin ümumi mükafat fondu 350 min dollar təşkil edir. Qeyd edək ki, turnirin ötənilki qalibi Şəhriyar Məmmədyarov olub.