Gürcüstanın paytaxtı Tbilisidə martın 7-8-də “xarici agentlər haqqında” qanun layihəsinə etiraz olaraq keçirilən aksiyalarda 133 nəfər saxlanılıb.
Bu barədə 9 mart tarixində Report Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Məlumata görə, xüsusi təyinatlı polis qüvvələri parlamentin binasının qarşısına toplaşan aksiya iştirakçılarını dəyənək, gözyaşardıcı qaz və su şırnakları tətbiq etməklə ərazidən uzaqlaşdırıblar.