Gürcüstanda banka hücum edərək 43 nəfəri girov götürən və yarım milyon dollarla ərazidən uzaqlaşan soyğunçu Badri Esebua uzun axtarışlardan sonra saxlanılıb. Bu barədə Apa 8 fevral tarixində məlumat verib.
Hadisə ilə bağlı Gürcüstan DİN hələ ki rəsmi açıqlama verməyib.
2020-ci il oktyabrın 21-də Zuqdidi şəhərindəki “Gürcüstan Bankı” filialına hücum edən Esebua 43 nəfəri saatlar boyunca girov götürüb və onların azadlığa buraxılması müqabilində yarım milyon dollar tələb edib.
Qarətçi tələb etdiyi pulu aldıqdan sonra bir neçə girovu da özü ilə götürərək ərazidən uzaqlaşıb və onları daha sonra sərbəst buraxıb. İnsident zamanı xəsarət alan olmayıb.