Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularını qətlə yetirən hərbçi barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə yanvarın 4-də Baş Prokurorluq məlumat yayıb.
Yanvarın 2-də, saat 18:00 radələrində DSX-nın hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzli öz xidməti silahından atəş açaraq baş leytenant Yusif İsmayılovu, kiçik gizir Amil Cəlilzadəni və kiçik gizir Rəfail İbrahimovu qətlə yetirib.
Elxan Əvəzli Cinayət Məcəlləsinin “qəsdən iki və ya daha çox şəxsi öldürmə” maddəsi ilə ittiham edilib.