Cəzaçəkmə müəssisəsinə ətin içərisində narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə 4 avqust tarixində Ədliyyə Nazirliyinin Penitensiar xidməti məlumat yayıb.
Hadisə 11 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə məhkum edilmiş İlham Quliyevə qohumu Nağı Mahmud oğlunun gətirdiyi sovqatda - qaynadılmış ətin içərisində gizlədilmiş 2,209 qram marixuana və 3,545 qram heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.