Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin dəfn yeri açıqlanıb. Bu barədə Report 2 mart tarixində xəbər verib.
“Əjdərbəy” məscidinin icma sədri Hacı Həmdüllah Babayev açıqlamasında bildirib ki, o, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.
Din xadimi səhər saatlarında 48 yaşında ürəktutmadan vəfat edib.
Hazırda Məşədi Dadaş məscidində Hacı Şahin Həsənli ilə vida mərasimi keçirilir.