Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin yas mərasiminin vaxtı açıqlanıb. Bu barədə 2 mart tarixində Modern.az məlumat verib.
Mərasim 3-4 mart tarixində saat 10:00-dan axşam saatlarına qədər Heydər məscidində keçiriləcək.
Qeyd edək ki, martın 2-si səhər saatlarında tanınmış din xadimi Hacı Şahin Həsənli dünyasını dəyişib. 48 yaşlı ilahiyyatçı ürək tutmasından həyatını itirib.