Hacıqabul rayonunda ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Bu barədə 14 mart tarixində Report məlumat verib.
Aksiya zamanı Hacıqabul-Muğan avtomobil yolunun sağ və sol hissəsində, avtomobil yolu boyunca 250 şam və 250 sərv ağacı əkilib.
Aksiyada yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.
Əsas məqsəd ərazinin ekoloji tarazlığının bərpası, mövcud torpaq qatının münbitləşdirilməsinə töhfə verməklə insanlar arasında ekoloji mədəniyyət hissinin təbliğ edilməsindən ibarətdir.