Hirkan Milli Parkının Astara rayonunun Çükəş kəndi yaxınlığındakı ərazisində bu gün səhər saatlarında baş verən yanğın söndürülüb.
Ərazidə növbətçilik təşkil edilib. Yanğın nəticəsində quru ot örtüyü yanıb.
Hirkan Milli Parkında yanğın başlayıb - 09:25
Hirkan Milli Parkının Astara rayonu Çükəş kəndi yaxınlığında olan hissəsində yanğın hadisəsi baş verib. Bu barədə İnsanoid Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 30 mart tarixində məlumat verir.
Yanğın bu gün səhər saatlarında başlayıb.
Hadisə yerinə Milli Parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.