Ötən gün ərzində törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə aprelin 30-da Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat yayıb.
Axtarışda olan 126 nəfər, cinayət törətməkdə şübhəli bilinən 80 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.