2022-ci ilin əvvəlindən sahibkarlara 13 milyon manatdan çox güzəştli kredit verilib. Bu haqda aprelin 27-də iqtisadiyyat naziri Mikayıl Cabbarov Twitter hesabında məlumat verib.
Məlumatda qeyd olunub ki, dövlət dəstəyi ilə 368 layihə maliyyələşdirilib və 344 yeni iş yeri yaradılıb.
Kreditlərin məbləğinə görə, daha çox vəsait kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinə (54%) ayrılıb. Digər iki yeri xidmət sahəsi (34%) və sənaye məhsullarının istehsalı və emalı sahəsi (12%) tutub.
Bu ilin əvvəlindən #sahibkar-lara dövlət dəstəyi çərçivəsində 368 layihənin maliyyələşdirilməsinə 13,3 milyon manat #güzəştlikredit verilib və 344 yeni iş yerinin yaradılmasına imkan yaradılıb.#EconomyAz pic.twitter.com/gLvBnEXV3e
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 27, 2022