Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Bu barədə mayın 3-də Report məlumat yayıb.
Hadisə rayonun Albalan kəndində qeydə alınıb. Kənd sakini, 30 yaşlı Qamət Hüseynov özünü yaşadığı evin həyətindəki tut ağacından asaraq intihar edib.
Məlumata görə o, təxminən bir il öncə də ov tüfəngi ilə özünü güllələmişdi.
Faktla bağlı araşdırma aparılır.