İqtisadiyyat Nazirliyinin yeni “195-1” Çağrı Mərkəzi yaradılıb. Bu haqda mayın 4-də Nazirlik tərəfindən məlumat verilib.
Zəng mərkəzinin yaradılmasında əsas məqsəd İqtisadiyyat Nazirliyinə və onun tabeliyində olan qurumlara müraciətlərin daha da asanlaşdırılmasıdır.
Çağrı Mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək. Zənglər ödənişsizdir.