İranda zəlzələ baş verib.
Bu barədə 21 fevral tarixində APA Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumat yayıb.
Maqnitudası 5,3 olan zəlzələnin episentri Bəndər-Abbas şəhərindən 113 kilometr şimal-qərbdə qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.