İranın Mazandaran əyalətində ayətullah öldürülüb. Bu barədə Report 26 aprel tarixində xəbər verib.
Mazandaran əyaləti siyasi təhlükəsizlik üzrə idarə rəisinin müavini Ruhulla Selaqinin verdiyi məlumata əsasən, İran Dini Ekspertlər Şurasının üzvü, ayətullah Abbas Əli Süleymani Babolsar şəhərində silahlı hücum zamanı qətlə yetirilib.