İrandan Şəmkirə narkotik gətirilməsinin qarşısı alınıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 18 fevral tarixində xəbər verir.
İrandan qeyri-qanuni yolla Şəmkir rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.
Balakən rayon sakini Samir Əlibəyov Şəmkir rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni 4000 manat pul və müəyyən miqdarda narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb.
Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilən zaman əlindəki qara rəngli çantadan 5 kiloqram 50 qram heroin, 90 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_105960" align="alignnone" width="640"]
Foto DİN[/caption]